Ələddin Əzimli - BƏXŞİŞ
Ömrüm gözəldən gözəl,
Qolların arasında.
Gizlənmək daha nurlu,
Gözünün qarasında.
Gündüzlərin Günəşi,
Gecələrin Ayısan.
Həsrət çəkən könlümə,
Sən Tanrının payısan.
Gecə gəlmə, səhər gəl,
Oyat məni yuxudan.
Gen dünyada yalqızam,
Dərbədərən vurnuxan.
Narın - narın yağan qar,
Açılası çiçəksən.
Səbrim tükənib daha,
De, tezmi gələcəksən?!
Vaxt itirmə boş yerə,
Yaddan çıxar keçmişi.
Gəl məni xilas elə,
Tanrının xoş bəxşişi.
22. 11. 2026.