Xanım İsmayılqız - Səsinin rəngini gördüm
Səsinin rəngini gördüm,
Gözlərinin səsini eşitdim.
Lap yanımda idin,
Əlim çatmadı...
Ya əllərim qısalıb,
Ya yol uzanıb.
Ya sən qaçırsan,
Ya ruhum havalanıb.
Nəfəsin boynuma sarılıb,
Səsindən gecə ağarıb.
Gözlərinin sözünü
çəkirəm ürəyimə,
Görə bilmirəm...
Görə bilmirəm...
ı 1999