Ramiz Qusarçaylı -Etibar yoxdu
Ədəbiyyat
20:00 / 21.10.2026
Baxış sayı: 1268
Tanrım, tövbə, ta şeirə
Sözə etibar yoxdu.
Şou-şair əhliyik
Bizə etibar yoxdu.
Nə huş, nə də ağıldı,
Eşq İlahi nağıldı,
Tutdu, öyün yıxıldı
Gözə etibar yoxdu.
Sənət ədəb edamı,
Nə adı var, nə tamı,
Düzdə qoyur adamı
Düzə etibar yoxdu...