“Paşinyanın bu addımı qeyri-sabit olan vəziyyəti daha da gərginləşdirir”- Hərbi ekspert

MÜSAHİBƏ 16:19 / 17.02.2023 Baxış sayı: 2190

Nikol Paşinyanın 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək “Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı paneldə iştirak etməməsini izah etmək çətindir. Amma bu təhlükəli bir haldır. Bu həm də konfilikdə aparan bir yoldur. Yenidən konfilikt yarana bilər. Adətən belə panellər əvvəlcədən razılaşdırılır”

Yenises.az bildirir  ki. bunu bunu Adalet.az-a açıqlamasında hərbi-ekspert Azad İsazadə deyib. Ekspert 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın münasibətlərin yaxşılaşdırılması istiqamətində daim qərarsız olduğunu bildirib:

“Paşinyanın bu addımı daha çox nümayiş və etiraz xarakteri daşıyır. Yəqin ki, o nəyə etiraz etdiyinin izahını da verəcək. Onu deyə bilərəm ki, Paşinyanın bu hərəkəti xoşagəlməz bir haldır və bu addım onsuz da qeyri-sabit olan vəziyyəti daha da gərginləşdirir. Burda Azərbaycan üçün böyük bir təhlükə yoxdur. Amma müharibə başlasa, biz kifayət qədər cavab verəcəyik və vəziyyət Ermənistan üçün daha da çətinləşə bilər. Qaldı ki, biz də istəmərik ki, əlavə itkilər olsun. 

Əgər fikir versəniz, görərsiniz ki, 44 günlük Vətən müharibəsindən sonra Paşinyan gah irəli, gah da geri addım atır. Onun addımlarında nümayişli hərəkətlər həddən artıq çoxdur. İstisna etmirəm ki, Paşinyan bu günki addımını sonra yenə təkrarlamayacaq. Onu hansısa mövqedə tutmaq və razılığı gəlmək olmur. O bu taktikanı indi də istifadə edir. Prosesi müşahidə etməliyik və bunun ardınca hansısa hərəkətlər olmalıdır”. 

Bildirilir ki, Ermənistan bu addımıyla getdikcə özünü regionda təcrid edir.