Mövlud Süleymanlı ilə vida mərasimi keçirildi

MƏDƏNİYYƏT 13:29 / 22.02.2024 Baxış sayı: 4128

Xalq yazıçısı Mövlud Süleymanlının Bakıda yaşadığı evdə vida mərasimi keçirilib.

Yenises.az xəbər verir ki, mərasimdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, mərhumun yaxınları, dostları, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xalq yazıçısı Mövlud Süleymanlı öz vəsiyyətinə uyğun olaraq, Şamaxıda anasının yanında dəfn ediləcək.