Kəmalə Abiyeva : - Gecələr

Ədəbiyyat 08:54 / 02.03.2024 Baxış sayı: 1099

 

Qoy gecələr mənim olsun ağrılarıyla,

Yalanıyla, doğrusuyla, nağıllarıyla.

Gecələrim səhərimə açılan qapı

Gündüzlərin şirinliyi, səhvi, günahı.

Gecələrim ürəyimə açılan qapı

Sevincimin gülüşüdür, dərdimin ahı.

Gecələrim həm düşmənim, həm həmdəmimdi,

Gecələrdə hər nə varsa yalnız mənimdi.

Mən gecələr özüm boyda dözüməm dözüm,

Mən gecələr hər kiməmsə özüməm özüm.