Hulusi Akar: “Dostumuzu birlikdə dost görür, düşmənimizi birlikdə düşmən bilirik"

HÜQUQ 14:41 / 06.12.2022 Baxış sayı: 1262

“Dostumuzu birlikdə dost görür, düşmənimizi də yenə birlikdə düşmən bilirik”.

Yenises.az  “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə keçirilən birgə hərbi təlimlərində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə və Azərbaycana qarşı təxribatların haradan, kimdən gəlməsindən asılı olmayaraq hər iki tərəfə istiqamətlənmiş kimi qəbul edilir:

“Buna kimsənin şübhəsi olmasın”.