Həzi Həsənli : - Vallah
Ədəbiyyat
08:35 / 17.06.2024
Baxış sayı: 3705
Hardasa bir quş oxuyur,
Tənhadı, yalqızdı, vallah.
Deməyin bayquş oxuyur,
Kövrək könül qızdı, vallah.
Bax, uzaqdan səsi gəlir,
Yaxından nəfəsi gəlir,
Göydə durna dəsi gəlir,
Yerdə qara sazdı, vallah.
Bu səs göylərin səsidi,
Bu səs hər yerin səsidi,
Ya Dəli Kürün səsidi...
Ya da ki, Arazdı, vallah.
16.06.2024