Həlak olan hərbçilərdən 18-nin nəşi tapılıb

Gündəm 13:35 / 12.11.2025 Baxış sayı: 1153

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin həlak olan 20 hərbçisindən 18-nin nəşi tapılıb.

Yenises.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər naziri Gela Geladze məlumat yayıb. 

Digər iki hərbçinin meyitlərinin axtarışı davam edir.