Gülnar  ÜMİD : -  MƏNİM  DUALARIM

Maraqli 09:22 / 26.01.2023 Baxış sayı: 2563

Hər gün oyananda və yuxuya getməmişdən öncə etdiyim dualar:

...Allahım hər kəsin xeyirli dualarını qəbul et(hamın etdiyi hər dua bəzən xeyir üçün deyil çünki)

...Allahım mənə bir qismət ruzi verərkən hər kəsə 5 qismət ver(mənim ruzimdə məndən başqa kimsələr ac olmasın deyə)

...Allahım dualarımda olan hər kəsin ürəyinə mərhəmətin yolunu çək(mərhəmət hər kəsi bütün çətinliklərdə ayaqüstə saxlayır çünki)

...Allahım hər kəsi sevdiklərinin sağlamlığı və varlığı ilə sevindir(insanlar sevindikcə mənim də ruhum saflaşır çünki)

...Allahım sən övladlarımızı pis vərdişlərdən,pis əmməllərdən uzaq et(Pis övladlar gələcəyimizin yoxluğudur çünki)

...Allahım sən bizi sevgimizlə sınağa çəksən də,sevdiklərimizlə sınağa çəkmə(sevgimizi ürəyimiz özüylə hara getsə apara bilir,sevdiklərimiz isə gedərkən bizləri qəbul etmir)

...Allahım bizləri sağkən və ölərkən özündən başqa heç kəsə möhtac etmə(bizləri hər günahımızla bağışlayan tək sənsən)

Amin 🤲

Hamınızı pis və ya yaxşı fərq etməz hər halınızla sevirəm.Allah yaxşı insanları qorusun,pis insanların isə könlünə yaxşı olmaq üçün mərhəmət göndərsin!   

AMİN!🤲