Fortepiano şöbəsinin konserti  oldu

MƏDƏNİYYƏT 08:02 / 02.06.2025 Baxış sayı: 1477

Qarabağ Regional Mədəniyyət İdarəsi tabeliyində olan Şuşa rayon Xəlfəli kənd Uşaq musiqi məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş məktəbin fortepiano şöbəsinin konserti keçirilmişdir.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Salman Ağalarov açdı. Daha sonra tədbirin aparıcısı 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü haqqında dinləyicilərə məlumat verdi. Daha sonra şagirdlərin ifasında Avropa və Azərbaycan bəstəkarlarının fortepiano yaradıcılığından əsərlər səsləndirildi. Daha sonra fortepiano şöbəsinin müdiri Günay Fərzəliyeva və şöbənin müəllimləri çıxış ederek şagirdləri təbrik edib onları həvəsləndirici diplomlarla təltif etdilər. Tədbirin sonunda məktəbin direktoru Salman Ağalarov Fortepiano şöbəsinin Müəllim və şagirdlərini təbrik edərək, onların əməyini yüksək qiymətləndirdi və uğurlar arzuladı və məktəbin bir neçə müəllimlərinə Fəxri Fərman təqdim olundu.