Elşən Əzim : - Gündüz də yoxdu
Təcnis
Bir işıq var idi Gündüz adında,
İşığın gecədə, gündüzdə yoxdu.
Gecələr ömrünə doğmalaşdılar,
Gecədən o yana gündüz də yoxdu.
Bulud dağa qalxdı, gün düzə düşdü,
Taleyin gecəsi gündüzə düşdü.
Ölüm səndən əvvəl Gündüzə düşdü,
Ölüm səndə vardı, Gündüzdə yoxdu.
Doğmadı bəxtinə ay, Elşən Əzim,
Dolandı gün ,saat, ay, Elşən Əzim.
Kim var ki arxanda, Ay Elşən Əzim,
Ümidin, güvənin Gündüz də yoxdu.