Elşən Əzim - ƏLÜSTÜ SƏTİRLƏR

Ədəbiyyat 18:20 / 05.05.2026 Baxış sayı: 534

 

Bir vaxt siqaret tüstüsündən

Yelləncək düzəldirdim.

İndi kəndiri qalıb o yelləncəyin

Ümidlərimi asmağa.

***

Ağcaqanadın

Neştəri dərimi, vızıltısı beynimi sancır.

Əsəblərim qaşınır.

***

Yağış gölməçəsini

Bir damla dalğalandırır.

gölməçə üçün bir damla

Dənizdə tufan kimidi.

***

Almadığım lotoreya kimidir

Yazmadığım şeirlər.

***

Nə adlar öldü

"Və başqaları" sözünün qapazı altında.