Ağaevli Əli Hacı - Gözlərim çəkən şəklini...
Ədəbiyyat
09:47 / 06.05.2026
Baxış sayı: 258
Gözlərim çəkən şəklini,
görməsinlər deyə,
saxladım yaddaşımda !
Pəncərəndə ay işığı,
səninsə işığın
ürəyimdə və qarşımda !
Günəş gününə doğur,
günüm-Sən
yar-yoldaşımda !
Havalar soyuq keçsə də,
İstiliyinin havası,
dolanır başımda !
Səni heç kimə göstərmədim,
İcazə ver səni.
Şeir-şeir danışım da...!