Əlizadə Nuri : - Bu dərdi kim dərdi bizə?
Ədəbiyyat
09:29 / 08.12.2024
Baxış sayı: 5314
Yalanı çoxları sevdi,
Yalan da düzü sevmədi.
Gecəyə vurğun yarasa
Nədən gündüzü sevmədi?
Ölü diri gözlü idi,
Susan adam sözlü idi...
Dünya ikiüzlü idi-
Zalım bir üzü sevmədi.
Öz itimiz hürdü bizə,
Bu dərdi kim dərdi bizə?
Ölümü çox gördü bizə-
Allah da bizi sevmədi...