Ehtiram İlham - VƏTƏN
Ədəbiyyat
17:06 / 25.10.2026
Baxış sayı: 136
☆☆☆☆☆
Səni kim nə boyda sevir -
Elə o boydasan, Vətən.
Sayın birdi, sayın sonsuz,
Sonsuz bir saydasan, Vətən.
Gözündə ümman sellənib,
Saçında qırov tellənib.
Ağrılarına bələnib -
Harayda, haydasan, Vətən
Ha söndürürsən, alışır,
Canında qurdlar sayrışır.
Düyünün vaya qarışır,
Yasında toydasan, Vətən.
Ömrünü yollara sərib,
Canı tək bir eşqə verib.
Dünyanı dolaşıb, görüb,
Türk boyda soydasan, Vətən.
25.10.26.