"Bölgədə yaşayan yazarlar: problemlər və perspektivlər" mövzusunda tədbir keçirildi.

 

MƏDƏNİYYƏT 08:02 / 07.04.2024 Baxış sayı: 3898

Dünən, yəni 6 aprel 2024-cü il tarixdə AYB Lənkəran Bölməsi və Azərbaycan Ədəbiyyat Fondunun birgə təşkilatçılığı ilə Lənkəran şəhərindəki H.Əliyev Mərkəzində "Bölgədə yaşayan yazarlar: problemlər və perspektivlər" mövzusunda tədbir keçirildi.

Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolcuyev Fondun fəaliyyət istiqamətləri və perspektivləri barədə tədbir iştirakçılarına geniş məlumat verdi.

Çıxış edənlər bölgədə yaşayan yazarların problemlərini açıqladılar. Varis müəllim Fondun gələcəkdə bölgədə yaşayan yazarlara göstərəcək dəstəyi tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Tədbir qızğın diskussiya şəraitində keçdi.