Ay Bəniz Əliyar - Nə qədər yarımçıq adam var imiş
Ədəbiyyat
18:59 / 24.06.2026
Baxış sayı: 206
Nə qədər yarımçıq adam var imiş,
Çıxdılar meydana, girdilər gözə.
Hər yarım bir adam bir yarımçıq iş,
Tam ola bilərmi olmaq istəsə?!
Düşüncəsi belə sığmır ağıla,
Tam olmaq istəyi gözündə qübar.
O, bütöv, tam olmaz dünya dağıla,
Onun varlığı da ayrı dərd olar.
Əlindən nə gəlir?
Onun üçün də,
Susarsan, əyriyə düz yamaq olmur.
Bu qədər yarımçıq adam içində,
Xoşbəxt olum deyə yaşamaq olmur.