Arzu Əsəd - UNUTMAYAQ Kİ...

YAZARLAR 17:29 / 09.10.2025 Baxış sayı: 1592

Unutmayaq ki, Putin hələ də öz hərbi gücünə görə bütün dünyanın onunla necə rəftar edəcəyini müəyyənləşdirə bilmədiyi bir superdövlətin başçısıdır.

Onun Azərbaycan prezidenti ilə bu günkü görüşdə təyyarə qəzası ilə bağlı açıqlamaları ölkəmiz üçün yaxşı nəticədir. Putin hələ o vaxt telefonda üzrxahlıq etdiyini qeyd etdikdən sonra bir daha üzrxahlığını dilə gətirdi və açıq-aşkar bildirdi ki, təhqiqatlar başa çatdırılıb hər şey tamamilə aydın olduqdan sonra belə situasiyada nə etmək lazımdırsa hamısı ediləcək. Rusiya böyük türk dövlətidir.

Bu il Qəbələdə keçirilən Türk Dövlətləri Birliyinin başçıları ilə görüşdə iştirak edə bilmədi. Amma hadisələrin gedişi onu göstərir ki, gələn görüşdə türk dövlətləri bayraqları arasında Rusiyanın da bayrağı sərgilənəcək və Putin Ərdoğanla Tokayevin arasında dayanaraq şəkil çəkdirəcək. Rusiyada yaşayan 3-4 milyon azərbaycanlı da can qorxusu, mal qayğısı çəkməkdən azad olub ruslarla birgə bu böyük rus-türk dövlətinin quruculuğunda işlərini davam etdirəcəklər.

Türkün atası nə gözəl deyib: "Yurdda barış, cahanda barış!"