Aranı da, dağı kimi GÖZƏL MƏMLƏKƏTİM -yazdı Aida Adıgözəl

MƏMLƏKƏT 06:58 / 28.04.2024 Baxış sayı: 1295

Bir çox dağ rayonlarının adamları elə bilirlər ki Aran rayonlarında heç bir bitki örtüyü yoxdur və yaxud bizə elə forslanırlar ki onların bəhbəhlədiyi bitkilər yalnız onların ərazisində mövcuddur. Bir fb dostumun qırxbuğum haqqında paylaşımını gördüm, sən demə bu qırxbuğum, kətəsini təriflədiyi bitki bizdə də bitirmiş. Nəinki qırxbuğum, əsl Nərgiz dedikləri və çox bitkilər...

Aran deyib keçirsiniz, hansı ki, elə bu qırxbuğum dediyiniz bitkini biz aranlılar nəinki yeyirik, hətta alaq bilib çıxarıb batırıq. Mən hər gün bunu alaq bilib bostanımdan yolub atıram. Bizdə salmanca deyilən yeməli tərə var, bəziləri unnuca deyir. Bu salmancanın bizdə yeyilməyən növləri də bitir. Biz onlara eşşək tərəsi, qara tərə, yağlı tərə deyirik. Bu yaxında görmüşəm ki o bizdə yeyilməyən zəhərli bildiyimiz tərəni başqa rayonlarda yeyirlərmiş.

Azərbaycan çox gözəl bitki örtüyünə malik xoş iqlimli, verimli münbit torpağı olan ölkədir. Aranı Aran kimi gözəlidir dağı dağ kimi. Atam bizi uşaq vaxtı çöllərə böyürtkən, göbələk yığmağa aparardı, məktəb vaxtı alaq-pambığa gedərdik. O yalnız dağda bitdiyini düşündüyünüz bitkilərin əksəriyyət çoxluğunu mən uşaq vaxtı çöllərimizdə görmüşəm və çox yaxşı xatırlayıram.