SABİR SARVAN.: - SEVDİYİMƏ YAZILAN ŞEYR.

Ədəbiyyat 15:45 / 10.05.2024 Baxış sayı: 1148

 

Saxta təbəssümdən, saxta gülüşdən

Yalançı dostluqdan könlüm bezəndə,

Kiminsə üsündə işıq gəzən tək

Sədəqət gəzəndə, vəfa gəzəndə

 

Başımı qoyaram sənin çiyninə.

Günahın alnımda qara damğası,

Əzabın üzümdə kölgələri var

Cıxaram yollara, hər addımbaşı

 

İnamsız adamlar çızar qaşıma,

Mənim günahımı bağışlamazlar.

Qayıdıb geriyə, gayidıb yenə

Başımı qoyaram sənin çiyninə.

 

Soyuq baxışlardan üşüyüb gəlib,

Qaçıb , uzarlaşıb, tövşüyüb gəlib,

Bulağın suyuna baxırmış kimi,

Çinarın boyuna baxırmış kimi

Baxıb gözlərinin qaranlığına

Başımı qoyaram sənin çlyninə.

 

Tənha bir otaqda gəlib hər gecə

Kədər ürəyimə baş qoyar necə,

Beləcə , çiçəyim, mən də beləcə,

Başımı qoyaram sənin ciyninə.

SABİR SARVAN.