Qalib Şəfahət : - GÜŇ KEÇIRƏK

Ədəbiyyat 09:03 / 10.05.2024 Baxış sayı: 1616

 

Halımı soruşmusan,

Sağ ol!

Mən də yaxşıyam.

Darıxmağım ta keçib,

Həsrətinlə qonşuyam.

 

Bir-birmizin evinə,

Hər gün gedib gəlirik.

Gündüzlər söhbət edir,

Gecələr dincəlirik.

 

Sən də özünü üzmə,

Özünə babat iş tap.

Gördün ki, darıxırsan

Bir təhər başını qat.

 

Çalışıb yola verək,

Beləcə gün keçirək.

Sevincə bayram olsun,

Həsrətdən pay gətirək.

 

Ərköyün böyümüşdü,

Dərdlərım fağır cixdi.

Qismətimin toruna,

Balıq yox, nağıl çıxdı.