Sabir Zəkullaoğlu MƏDƏNİYYƏT barədə yazdı

YAZARLAR 07:35 / 09.05.2024 Baxış sayı: 1602

Mədəniyyət bir-iki günün içində formalaşan bir proses deyil. Mədəniyyəti əsrlər, qərinələr formalaşdırır.

Bu prosesdə cəmiyhətin iqtisadi inkişafı, elmi və texniki tərəqqinin cəmiyyətə verdiyi töhfə, milli bə dini dəyərlərin qatqısı mütləq ki, öz təsirini göstərir..

Nə qədər qəribə səslənsə də, bu prosesdə müharibələrin də çox müsbət təsiri vardır..

Hətta uduzan tərəf də qalib dövlətin mədəniyyətlərinin bir çox müsbət tərəflərini özündə əxz elətdirir..

Müharibələrdən qalib kimi çıxmış ölkələr isə özlərinin nəinki hərbi, elmi, iqtisadi gücünü artırır, hətda qənimətlərdən formalaşdırmış tarixi eksponatların sərgisini, muzeyini yardır.

Belə demək mümkünsə müharibədən mədəniyyət yaradır. Və o bunu həmdə öz kültürünə çevirir.

Əslində özünü cəmiyyətin bir üzvü hesab edən istənilən adam , dünyanın məşhur muzeylərini ziyarət etməyə borcludur..

Çünki insan muzeyləri ziyarət edəndə, o özünün, mənsub olduğu millətin, mənsub olduğu ölkənin tarixdə yerini müəyyən etmək imkanı əldə edir.

Dünyanı tanıyır. Dünya mədəniyyətinə töhfə vermiş ölkələrin və xalqların kimliyi haqda məlumatlı olur.

Tarixi məlumatları olan insan, tıbii ki, gələcəyə yönəlik istiqaməti doğru, düzgün təyin edə və oriyentasiyanı görə bilər..

Əslində nəyi və necə görmək təkcə gözün yox həm də ağılın, düşüncənin məsuliyyətidir..

Çalışıb məsuliyyətli olaq..)