Ağaevli Əli Hacı : - Məni aldat yalanlarla ...

Üstümə salma gölgəni,
qanı qaralmış-Adamam !
Qaranlığa sevgi verib,
sabahımı yaşadıram !
Məni aldat yalanlarla ,
bu da bir yükdü,çəkəcəm !
Öldürb sənə özümü,
təzə bir ağac əkəcəm !
Ayağım yerimir Dədə.
qələm-sözümə əyilmir !
Dilim ölüm arzulayır,
ölüm,gözümə dəymir !
Gözəl zamandan keçirik,
barımızı payız yeyir !
İlahi ! Üstümə baxma,
Içimdən qəmin yeriyir !