Ağaevli Əli Hacı : - Əynimdə köynəyim yaşdı,

 

 

Ədəbiyyat 08:52 / 11.07.2025 Baxış sayı: 1063

Əynimdə köynəyim yaşdı,

içimdə göynəyim yaşdı !

Bu necə yoldaşlığdı ?!

adın yaxın,sən uzaqsan !

 

Damarımı tel et saza,

qışda qalım,çıx get yaza !

Ömür düşüb çoxdan aza,

azdan çoxa yalquzaqsan !

 

Çöldə tikdim daşdan evi,

sökdüm yüz cür başdan evi !

Çıxartdım ki,qışdan evi,

dedim,bəlkə qalacaqsan !