"Qarabağ"ın brifinqinə maska tələbi qoyuldu

İDMAN 14:25 / 19.07.2022 Baxış sayı: 8349

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" və İsveçrə "Sürix"i arasında keçiriləcək ilk oyundan sonra mətbuat konfransına giriş üçün maska tələbi qoyulub.

Yenises.az bildirir ki, bu barədə "Qarabağ"ın rəsmi səhifəsi məlumat yayıb.

UEFA-nın tələbinə əsasən, matçdan sonra keçiriləcək mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.