Zəka Vilayətoğlu - Çox şükür...
Çox şükür, dərd bölməyə
Telli sazım var, Allah,
Qışdan sonra gələcək
Güllü yazım var, Allah!
Çox da ki dərdim çoxdur,
Qəlbim ümiddən toxdur
Çoxunun çoxu çoxdur,
Şükür, azım var, Allah!
Dilim var danışmağa,
Gücüm var, dağ aşmağa,
Ocaq tək alışmağa,
Odum, közüm var, Allah!
Könlümü verdim meyə,
Bir də yanıqlı neyə
sənə doğru gəlməyə
Bax, gör, üzüm var, Allah?!