Xəyalə Sevil : - Bilirdim ki, solub bu gül

Ədəbiyyat 11:44 / 13.07.2025 Baxış sayı: 1207

Bilirdim ki, solub bu gül,

Bundan çiçək açan olmaz.

Bir ümiddi,

Ürəyimdə ehtiyata saxladım,

Haçan olar.. Haçan olmaz!

İndi gecənin yarısı,

Qanayır könül yarası.

İçimin qoca qarısı

Deyinir...

"Ondan sənə can olmaz..."

Tale necə? Yaşamalı yerdimi?

Həsrətimi yanağıma sərdimi?

Kimə deyim ürəyimin dərdini?

"De", - deyirsən,

"Gəl", - deyirsən,

Tanrı,

Sənin qapın, bacan olmaz.