Xatirə Rəhimbəyli - Səni sevmək günahmış ...
Səni sevmək günahmış ,
Suç üstdə yaxalandım ...
Bir dəlil-sübut kimi
Alındı eşqim , andım ...
İllər uzunu çəkdi
Araşdırma ,təhqiqat .
Ən ağır cəza kəsdi
Mənə bu zalım həyat
Qəmin boynumda zəncir ,
Mənə məhbəsdir komam .
Eh,o gündən ömürlük
Yaşamağa məhkumam