Xatirə Rəhimbəyli  - Ona görə boğuluram,həsrətim.

Ədəbiyyat 09:52 / 27.10.2026 Baxış sayı: 245

'Sən verən nəfəsdi mən aln nəfəs'...

Ona görə boğuluram,həsrətim.

Zərrə-zərrə dağılıram,sevincim,

Zərrə-zərrə yığılıram, həsrətim.

 

Tale saldı gözlərindən irağa,

Hərdən-hərdən yol çəkirmi gözlərin?

Hərdən-hərdən nəfəs kimi toxunur

Üzəyimin üz-gözünə sözlərin...

 

Bu dünyada varmı məndən dəlisi--

Öz-özünə belə küsən,barışan.

Yağmyacaq,qorxma,zorla tutmuşam,

Göz yaşımdı göy üzündə sayrışan...

Ah,yüz yerə çəkir məni nədənlər,

Qurtar məni,boğuluram,həsrətim.

Yalan yerə ölür ruhum hər gecə,

Hər gün sənə doğuluram,həsrətim...

Yalan-falan tutub düzü-dünyanı,

Utnaıram,sıxılıram,həsrətim.

Səndən gələn zəhərsə də uduram,

Ona görə boğuluram,həsrətim...