Şahverən Cavad - Ömür doğulandan ov seçilirmiş

Ədəbiyyat 14:25 / 26.10.2026 Baxış sayı: 673

 

Getdiyim küçələr düşür dalımca,

Payız yarpaqları tutur çiynimi .

Kəsirlər yolumu çılpaq budaqlar ,

Dilənən qaraçı əlləri kimi .

Tanıdığım qoca gəlir üstümə-

Çörək almaq üçün borc pul istəyir.

-Çatmır təqaüdüm mənə,ay bala

əlli il sərasər işlədim-deyir.

Həftədə iş günü- beş barmaq qədər

olmayıb əlimin şənbə,bazarı,

Davam edir qoca-dövlət atadır-

hərdən bizləri də düşünsün barı.

...Sərgərdan küləklər döyür qapımı,

Onu da gətirən ehtiyac imiş.

Hörümçək torudur bu zalım zaman,

Ömür doğulandan ov seçilirmiş.

26 10 . 2026