Əlizadə Nuri - SEVDİM

Ədəbiyyat 12:00 / 26.10.2026 Baxış sayı: 751

 

Heç kimə bənzətmədim ki,

Mən səni sən kimi sevdim.

Səsinlə dodaqlarının

Uyan ahəngini sevdim.

 

Axıb gedən saçlarını,

Bir də səhəngini sevdim.

Yaman düşürdü rənginə-

Suyun da rəngini sevdim.

 

İlk görüşə çağırdığın,

Sonuncu zəngini sevdim.

...Sevdim bu "qızıl" payızı-

Mən də bir "zəngin"i sevdim...