Saqif Qaratorpaq - Mən hələ ürəkdə çiçəklər açan
***
Mən hələ ürəkdə çiçəklər açan,
Varağa köçməmiş təzə şeirəm.
Bir tut ağacının kölgəsi altda
Uyuyan sukuta layla deyirəm.
Nərgizin şeh düşən ləçəyi üstdə
Gecə güzgülənən Ay işığıyam.
Ayaq izlərini küləklər öpən
Gözütox,könlüac kənd uşağıyam.
Yolları bağrının başından keçən
Kövşəni saralan bir düzəm indi.
Görünməz sahili səssizliyimin,
Dumana bürünmüş dənizəm indi.
10.08.2025.