Ələsgər Əlioğlu -  O GÖZƏL

Ədəbiyyat 21:31 / 26.10.2026 Baxış sayı: 230

 

Cığırların yaxasından gül dərə,

Lalələrlə hörüyünə od verə.

Ürəyimi qaranquşa döndərə,

Körpə-körpə yuvasından uçura.

 

Sözlərimin şəkərinə uymaya,

Kölgəmi də yaxınına qoymaya.

Səhənginin buz suyuna qıymaya,

Gözlərinin alovunu içirə.

 

Mən olmayam inadımdan dönəsi,

O olmaya ədasından enəsi.

Qəfil kəsə qabağımı nənəsi,

Lap iynənin ulduzundan keçirə.

1978