Vasif  Süleyman - BURASI BEŞ GÜNLÜK HƏYATDIR, GÜLÜM!

YAZARLAR 18:21 / 26.10.2026 Baxış sayı: 457



Arzu Nehrəmlinin ad gününə təbrik əvəzi...

 

Sabah onun günüdür... Sözün bütün mənalarında ONUN... Dəyərli şair, gözəl nasir Arzu Hehrəmlinin günü...

O, əsl şəhid taleyi yaşayır. Yaşam tərzi ilə, yaradıcılığı ilə... Təkcə ona görə yox ki, həyat yoldaşı hərbi təyyarəçi, baş leytenant Yusif otuz dörd il əvvəl torpaqlarımızın müqəddəsliyi uğrunda qəhrəmancasına şəhid olub. Həm də onun yadigarı olan Zübeydəni, həyatın bütün ağrı-acısına rəğmən, böyütdüyünə, Vətən uğrunda verdiyi şəhidlə, ağrı-acı çəkmək qədər də qürurlandığına görə:

Hər kəs üz tutduğu yerdəsən, gəlmə!

İnam yeri də sən, Pir də sən, gəlmə!

Harayla mən gəlim, bir də sən gəlmə,

Burası beşgünlük həyatdır, gülüm.

Və həm də bu BÖYÜK AĞRINI şeirlərində, POQONLU RUHda yaşatdığına görə... Bəxtinə düşən ömür payının arxada qalan zaman kəsiyini qürurlu, şair həyatını bütöv yaşayan Arzu Nehrəmlinin həmişə əlindən tutan MƏĞRUR ÜRƏYİ olub.

Elədən beləyə dərdə yol açdın,

Üstü ələk-vələk, yağır ürəyim.

Nə bir üsyan etdin, nə də ki, çaşdın,

Sındın, əyilmədin, məğrur ürəyim.

...Həmin məğrurluqdur bu gün Vətəni Arzunun gözündə hər şeydən ucada saxlayan:

Bir nəğmədir duruşuğun,

Açılıb yol dolaşığın,

Sarmaşığı yaraşığın,

Üstü, başı çiçək Vətən.

Sinə gərdin fitnə-felə,

Dərdi unut innən belə,

Nazına qurban, naz elə,

Sığalını çəkək, Vətən

Al qızını, sıx köksünə,

Şeiri tərifdir hüsnünə,

Gör, necə oxşayıb sənə,

Gözəl Vətən, göyçək Vətən.

Bir ömrü ancaq bu qədər dəyərli yaşamaq olar. Mübarəksən, xanım əfəndi!

 

Bir bir və ya daha çox şəxs və gülümsəyən insanlar şəkili ola bilər