Ayaz Arabaçı - Ruhda canın, canda ruhun heyfi var
Ruhda canın, canda ruhun heyfi var,
Qəlbimizin gizlicə bir seyfi var,
Hər kəsin öz nəşəsi, öz keyfi var,
Şairə,tək,duyğu sümürmək qalır.
Lap deyəlim pul-para var, heçdi,taa,
Gəlsə də indən belə taa, gecdi taa,
Qovladığın gün-güzəran keçdi taa,
Köhləni daşlıqlara sürmək qalır..
Xalqım üçün oksigenəm "haş"dakı..
Bir mənəm, erkən qocalan yaşdakı..
Bölgünü çox yaxşı bölüb başdakı,
Əhmədə ət, Məmmədə dürmək qalır..
Kimdə deşik var gedəcək çüyçüyə,
Çox da fikir verməyin hay-küyçüyə,
Toyda da, bayramda da, xam züyçüyə,
Ancaq elə havaya üfürmək qalır.
Bir çox adam qulağını kar saxlayır,
Mənə nə, kimi hansı xiyar saxlayır,
Biri çıxıb hərdən elə sarsaqlayır,
Bircə baxıb üzünə tüpürmək qalır.
Yoxdu..demə qarşıda illər ki, var..
Bax o qudurğan qoca fillər ki,var,
Kirli, üfunətli zibillər ki, var.
Hamısını bir gündə süpürmək qalır..
Toxları ac, acları tox görmüşəm,
Gör nə qədər varları yox görmüşəm.
Eh, bu qoca dünyada çox görmüşəm..
Çoxlarına ulduza hürmək qalır..