Xatirə Rəhimbəyli - Olarmı olmasın gözü nəm ?
Gündəm
09:45 / 24.08.2026
Baxış sayı: 608
Olarmı olmasın gözü nəm ? Olmaz!
Bircə gün udmasın qəhər -qəm ...Olmaz!
Çörəyi kəm olar ,dərdi kəm olmaz ,
Dərd tapar şairi dağ başında da ...
Hər an öz yaxası ,özcə əlidi ,
Olanı-qalanı şirin dilidi.
Şairin ürəyi küsdümgülüdü ,
Toxunsan ,küsəcək yüz yaşında da ...
Gözəl bir çələngdi arzu-diləyi,
Nə fəndi-feli var ,nə də kələyi...
Kədər toxumudu şair ürəyi ,
Basdırsan, göyərər baş daşında da