Vasif  Süleyman - ÜRƏYİN SALAMAT BİR YANI YOXDUR

Ədəbiyyat 11:41 / 27.11.2026 Baxış sayı: 749

 

Tapmadım bu ömrün ağ tərəfini,

Hər gün əlləşirəm qarası ilə.

Ürəyin parası namərd əlində,

Bir ömrü çəkmişəm parası ilə.

 

İndi çağırsam da duyanı yoxdur,

Onun məndən başqa həyanı yoxdur.

Ürəyin salamat bir yanı yoxdur,

Durub ağrı çəkim harası ilə...

Hələ də sevgisi, sevinci haram,

Hələ bu dərdlərin yanında varam.

Mən özüm çəkəndə qarışdıraram,

İlahi, sən göndər sırası ilə