Fərhad Tapdıqoğlu - Bula-ma
( kiçik hekayə)
Nazim Bakıya seminara gedəndə həyat yoldaşı Şamama ona tapşırdı:
--Ay Nazim,mənə bir palto alarsan ,"Lama".Bir qəşəng kostyum Nuranəyə ,bir kostyum da Nurlan balama...
...Nazimgilin rəngi ala- bula,adı Alagöz olan inəkləri bir gün oncə bir gözəl bala doğmuşdu.İnəyin südündən hələlik olurdu bula-ma...
Şamama uşaqların hərəsinə bir nimçə çəkdi bula-ma.
Nurlan balaca olduğundan anası ona dedi:
---Ye,bulama- dır ,bula-ma.Amma üst başını bula-ma.
Sonra dovğa bişirməyə
başladı Şamama.Dovğanı bula- yırdı.Nuranə anasına yaxınlaşıb, çömçəni alıb, bula-maq istədi.
Nuranənin anası dedi:
---Bala,sən bula-ma.Çürüdərsən dovğanı...
Şamama dovğanı bişirdi.Sonra itləri Çəmbərə yal bişirməyə başladı.Qazandakı yalı bula-ya - bula- ya bişirdi,hazır elədi.
Çəmbər quyruğunu bula- dı.
Şamama dedi:
---Ay Çəmbər,quyruğunu bula- ma.İndi yalını verirəm.
İtin yalını verdi Şamama.
Sonra Şamama kəhrizdən su gətirdi,bula- şıq qabları yudu,suya çəkdi.
Nurlan həyətlərinin içindən keçən arxda su ilə oynayırdı,guya balıq tuturdu.Anası ona qışqırdı:
---Ay bala,suya girmə ,üst- başını bula-ma.Bula- nıq suda balıq tutmazlar.
İnəyin qabağına ot qoydu,toyuqlara dən səpdi Şamama...
Öz-özünə dedi:
-"Ay Şamama,əlini bir işə bula- ma.Bula- dınsa ,sona qədər gör"
Sonra Şamama bula- mac türk yeməyi bişirdi.Axı axşam həyat yoldaşı Nazim şəhərdən qayıdırdı.O bula- macı çox xoşlayırdı.
...Nazim əlində bağlamalar Bakıdan qayıtdı.Təqdim elədi:
-- Bu kostyum Nuranə balama, bu Nurlan balama.Bu isə sənin palton ,Şamama.Aç bax,sən istədiyin paltodur "Lama".
...Bu mehriban ailə şam süfrəsinin arxasına keçdi.
Süfrədə bula- mac,dovğa ,bula- ma...
Şamama Nazimə yüz qram tut arağı süzdü,gətirdi.Nazim dedi:
--Ay Şamama,adama deyərlər "ağzını bula-ma".
Bula- dınsa ,gərək bir yüz də içəsən,gətir.
Şamama başını bula-dı.
Nazim dedi:
-- Ay Şamama gətir ,başını bula-ma.
Şamama yüz də gətirdi...
...Bu ailədə olan mehribançılığı kaş ki,kimsə qarışdırmaya ,bula-maya...