Aləmzər Sadıqqızı - Belə olurmuş demək ...
Nə güclü ağrılar var,nə də təzyiq oynayır...
Əvəzində hər yerdə qəribə tənhalıq var ...
Başımda dərd havası, könlümdə bir boşluq var,
Bu gen- geniş dünyada həyat mənə dardı dar...
Ruhumun ağrısını ölçən bir cihaz da yox,
İçimdə xatirələr nə danışır bilən yox,
Nə zarafat edən var, nə də zəhləmi tökən,
Öz-özümə gülsəm də mənə baxıb gülən yox...
Geyinmişəm əynimə köhnə xatirələri,
Həyat yaman soyuqdur ayrılığın donunda
Nə içimdə ümid var, nə də bom-boş xəyallar...
Belə olurmuş demək, ömrüm-günün sonunda...
26.11.2025.