Təranə Məmməd - ÇİÇƏKLƏR

Ədəbiyyat 18:25 / 11.05.2026 Baxış sayı: 468

 

Səhərlər şeh ilə yuyunursunuz,

Sərib ləçəkləri qurudursunuz,

Sizdəmi gözəllik vurğunusunuz?

Gözəllər əlində bəzək, çiçəklər!

 

İncə beli hərdən vaxtsız əyilər,

Xalça kimi yar yoluna sərilər,

Açıldıqca gözəl, göyçək görünər,

Yaraşıqdır çəmənlərə, çiçəklər.

 

Gəlin sizlə söhbət edim, danışım,

Rənginizin alovuna alışım,

İzn verin, mən də sizə qarışım,

Gözəlliyi yarı bölək, çiçəklər