Seyran Səxavət : -  “Əgər bu faciələr bizə lazımdırsa, ermənilərlə dost olaq...”

Gündəm, MÜSAHİBƏ 10:34 / 20.04.2023 Baxış sayı: 4365

“Demək olar ki, son iki yüz ildə ermənilər bu faciələri törətmək üçün ardıcıl şəkildə, çox nizam-intizamla məşğul olublar. Mən dəfələrlə demişəm ki, bizim xalq böyük xalqdır, amma yaddaş problemi var”

Bunu  Yenises.az-a açıqlamasında yazıçı Seyran Səxavət Başlıbel faciəsi haqda danışarkən deyib. Yazıçı ermənilərdən bizə nə qonşu, nə də dost olacağını bildirib:  

“Biz hər şeyi çox tez unuduruq. Neçə yüz il bundan qabaq atalarımız deyib ki, “yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir”. Hələ bizim Azərbaycan xalqı neçə illərdir  başa düşmür ki, bu tərsinə olmalıdır. İndi yaxşılıq eləyənə yaxşılıq, pislik edənə isə pislik etmək lazımdır. Bu adi pislik deyil, söhbət genosiddən, genetik fondu məhv etməkdən, nifrətdən, sənin haqqında bütün dünyaya yalan məlumatlar çatdırmaqdan, siyasi anti-sanitariyadan və siyasi həyasızlıqdan gedir. Nə qədər ki, bizim yaddaşımız belə zəif olacaq həmişə başımıza bu cür oyunlar gələcək. Özü də bəşər tarixində, yer üzündə müxtəlif xalqların, müxtəlif dövrlərdə,  zaman kəsiyində başına bəlalar gəlib. Amma ən çox qonşusu tərəfindən başına bəla gələn bizik, Azərbaycan xalqıdır. Ona görə də biz bu mənada gərək dünyanın bütün xalqlarından tez ayılaydıq. Başa düşəydik ki, keçən əsrin əvvəlində olan faciələrdən sonra biz “Kür-Araz, Ararat, Gözəldir bu həyat. Qardaş olub Hayastan, Azərbaycan” mahnısı oxumalı deyilsən sən, ay bədbəxt millət! Bir ayıl da, silkələn də, bir bərkdən silkələn ki, yaddaşının qırışlarındakı o tozlar sökülsün. Nə qədər ki, belə olacaq həmişə başımız bəla çəkəcək. 

Amma bütün bunlara baxmayaraq  yenə mən ümidimi itirmirəm. İnanıram ki, ermənidən adama nə qonşu, nə dost, heç nə və heç kim olmaz. Düzdü, qonşuyuq bizim başqa əlacımız yoxdur. Atalar deyir ki, “itlə dostluq elə, amma çomağını əldən yerə qoyma”. İndi onu belə demək olar ki, erməniylə qonşuluq elə, amma çomağını əldən yerə qoyma. Bunlar xalq, millət deyil. O vaxt camaat Marksdan, Engelsdən sitat gətirirdi, indi Drayzerdən, Albert Kamyudan sitat gətirir. Allah ölənlərinizi rəhmət eləsin mən nənəmdən sitat gətirirəm. Biz qarabağlıyıq, həmişə orda erməni tanışlarımız, qonaqlarımız olub. Nənəm deyirdi ki, “erməni murdardı”. Bu bir kəlmə sözün içində siz dediyiniz faciələrin hamısı gedir. Hərdən olurdu ermənilər bizdə çay da içirdi. Nənəm Şuşalı qızıydı, o, erməninin çay içdiyi stəkanı və nəlbəkini sındırıb tullayırdı ki, evdə qalmasın. Ona görə sındırırdı ki, birdən azərbaycanlının, türkün əlinə düşər və murdar erməninin murdarladığı stəkanda çay içər və o da çevrilib murdar olar. 

Əgər yadınızdadırsa, murdar şeylərin hamısını suya çəkirdilər. Ermənilər isə yer üzündə Allahın yaratdıqlarının və çatdırıb yarada bilmədiklərinin içində yeganə varlıqdır ki, onu bütün bəşəriyyət yığışsa, suya çəkib o murdarlığı onun canından təmizləyə bilməz. Onu pak etmək, safa çıxarmaq qeyri-mümkündür. 

Axırda demək istəyirəm ki, hörmətli Azərbaycan xalqı, bərk silkələn ki, o beyninin qırışlarını basan toz-torpaq tökülsün və düşmənini birdəfəlik tanı. Heç bir barışıqdan söhbət gedə bilməz. Bunlarla barışan kimi sabah sənə bir namərdlik edəcək. Bu soyqırım, körpələrimizin ölümü, qocalarımızın, qadınlarımızın diri-diri yandırılması əgər bizə lazımdırsa, yenə ermənilərlə dost olaq, mahnı sifariş edək və on milyon adam bu mahnını oxusun ki, bizim çıxış yolumuz var”. 

Qeyd edək ki, bu gün Başlıbel faciəsindən 30 il ötür.