Saqif Qaratorpaq : - Ruhun şad olsun,Vaqif Səmədoğlu!

Gündəm, Ədəbiyyat 09:36 / 05.06.2025 Baxış sayı: 2114

 

Son gecədir bu gün yenə,

Sabah yenə son səhər.

Son yel dolur son yelkənə,

Qayıq üzür birtəhər...

 

Axırıncı ağacdır bu,

Əsir sonuncu külək.

Bağlayıb sonuncu yolu

Yenə sonuncu fələk...

 

İndi son küçə üstünə

Yağacaq son addımlar.

Yenə dönəcəklər tinə

Sapsarı son adamlar...

 

Doğulur sonuncu insan,

Sonuncu insan ölür.

Yenə son dəfə ağlayan

Son dəfə gülən olur...