Şakir Xanhüseyn : -BİR ŞEİR YAZMIŞAM...

Ədəbiyyat 16:36 / 06.07.2025 Baxış sayı: 4192

 

Bəzən yıxılanda da,

ayaqda qalmağı yazmışam bir şeir,

kəsilən anda da

ümidi kəsilməyən

bir ağac olmağı yazmışam...

Bir şeir yazmışam

insanın insana etibarını,

heç nəyin yoxluğunu- könül varımı

yazmışam bir şeir...

Külək əsəndə

mən öz budağımda bir yarpaq

əsməməyi,

ayağımın altından qaçsa da,

yerdən ayaq üzməməyi

bir şeir yazmışam...