SEVDALI AY- yazdı Adil Şirin

Ədəbiyyat 15:18 / 13.07.2024 Baxış sayı: 2406

 

Dizimi qucaqlayıb,

Oturmuşam sahildə.

Dəniz sakit, ləpəli...

Fırtına var könüldə.

 

Göy üzündə sevdalı Ay,

Laylay, sevgilim, laylay.

Nə təbəssüm anlayıram,

Nə göz yaşı qanıram.

 

Yay axşamında səni

Dənizə qısqanıram.

Göy üzündə sevdalı Ay,

Laylay, sevgilim, laylay.

 

Gəl, içək göz yaşımızı,

İçək sərxoş olaq yenə.

Sən bir suçlu mələksən,

Mən də dəli divanə.

 

Göy üzündə sevdalı Ay,

Laylay, sevgilim, laylay.