Xatirə Fərəcli : - Bir baxışın ağuşunda

Ədəbiyyat 21:15 / 27.07.2025 Baxış sayı: 988

Bir baxışın ağuşunda

sonsuzluğa getmək,

bir yuxunun ətəyindən yapışıb

gecəni səhər etmək,

bir bəlkəyə dayaq verib,

dirək olmaq ümidə,

bir günü gözə alıb

yaşamaq,

yaşamaq...