Səhər Əhməd - Kim demiş bir güllə "bahar olmaz"ı,
Kim demiş bir güllə "bahar olmaz"ı,
Bir naxış dünyanı gözəlləşdirir
Bir duruş, bir gülüş, bir söz, bir cavab
Bir baxış dünyanı gözəlləşdirir.
Kim qoydu qəlbləri odlar içində
Ac qaldıq bu qədər dadlar içində
Ruha məhbəs olan yadlar içində
Bir tanış dünyanı gözəlləşdirir.
Bəzən bir qış gəlir bahar qoxuyan
Bəzən zülmət olur səhər qoxuyan
Bəzən min doğruya meydan oxuyan
Bir yanlış dünyanı gözəlləşdirir.