Elnur  Uöur  Abdiyev - Bu dünyada hamı nəsə umur

Ədəbiyyat 18:08 / 28.11.2026 Baxış sayı: 696

Bu dünyada hamı nəsə umur,

Kimi pul,

Kimi ad,

Kimi şöhrət!

Ya qismət

Deyib gözləyənlər də var.

Gözləyənlər də umur,

Gözləməyənlər də.

Hamı nəsə umur fırlanan dünyadan?

Hamı nəsə gözləyir.

Həyat adlı dayanacaqda

Avtobuslar sərnişin yox,ümid daşıyır.

Yolların altında yolların üstünün ümidi yaşayır.

Bu dünyada hamı nəsə umur.

Umula- umula umudundan olur yer də.

Bir də

Səndən gəlməyəcək yer üzünə.

Özündən heç nə umma,

Yaşayırsansa,umudsan elə yerə.

Unutdun deyə

Həyat bir gün səni səndən umacaq.

Ən gözəli ummaq yox, umud olmaqdır.

Umud ol özünə,

Ümid et özünə