Saqif Qaratorpaq - Hərdən mənasını itirir hər şey,
Hərdən mənasını
itirir hər şey,
ölüm də,olum da
gözümdən düşür;
Çıxır axırıma bu xırdalıqlar.
Sıxır ürəyimi bu xoş qılıqlar.
Bir şirin tərif də
ağrıdır məni,
Qaçmaq istəyirəm
özüm özümdən,
Sığınıb içimdə
bir tənhalığa,
Buraxıb başını
şerin-sənətin,
Unudub keçmişi
bircə anlığa...
Unudub həsrəti, unudub qəmi;
Aşırıb çiynimə
köhnə heybəmi,
Çıxıb sonsuzluğa
gedən bir yola,
getmək istyirəm...
Nə olar,olar...