Şakir Xanhüseyn -  ƏLİ KƏRİMİN XATİRƏSİNƏ

Ədəbiyyat 17:08 / 19.03.2026 Baxış sayı: 308

 

Ey Göyçayda tənha şair məzarı,

qaldır ayaq üstə Əli Kərimi...

Danış, danış görüm, xatirəsi var

hər kəlmədə, sözdə Əli Kərimin...

 

Əsl söz ünvanlı bir məbəd-ocaq;

bax diri, diricə Əli sözünə...

Bəzən ürəyimdən bir nida qopur:

o uca şairin yürü sözünə;

 

Bir dəfə, beş dəfə yox, daim yürü,

sürətdə, cürətdə sabitqədəm ol.

Sözü hədəfləyib söz sərrafları

bir məzar üstə hey uzadarlar yol...